İLK YARDIM Təməl Həyata Dəstək Kursu

Həyat naminə Öyrən və Tətbiq et...

İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Uptodate in Medicine Sizi Amerika Ürək Assosiasiyasının (AHA - American Heart Association) ACLS, BLS və PALS beynəlxalq sertifikatlaşdırılmış təlim kurslarından keçməyə dəvət edir. Bütün kurslar AHA Beynəlxalq Təlim Mərkəzi (AHA İnternational Training Center) kimi tanınmış Uptodate İn Medicine tərəfindən təşkil olunur. Təlimlər AHA tərəfindən sertifikatlaşdırılmış ACLS, BLS və PALS İnstruktorları tərəfindən keçirilir və iştirakçılara bütün dünyada tanınan və qəbul olunan AHA-nın rəsmi sertifikatları (kartları) verilir.

İLK YARDIM tətbiqi
İLK YARDIM

Haqqımızda

İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Uptodate in Medicine Sizi Amerika Ürək Assosiasiyasının (AHA - American Heart Association) ACLS, BLS və PALS beynəlxalq sertifikatlaşdırılmış təlim kurslarından keçməyə dəvət edir.

Bütün kurslar AHA Beynəlxalq Təlim Mərkəzi (AHA İnternational Training Center) kimi tanınmış Uptodate İn Medicine tərəfindən təşkil olunur. Təlimlər AHA tərəfindən sertifikatlaşdırılmış ACLS, BLS və PALS İnstruktorları tərəfindən keçirilir və iştirakçılara bütün dünyada tanınan və qəbul olunan AHA-nın rəsmi sertifikatları (kartları) verilir.

Bu kurslara qatılma məqsədi AHA sertifikatının alınması olmamalıdır. Kursdan asılı olaraq, iştirak edənlər AHA-nın kəskin və xronik ürək-damar, beyin-damar və ağciyər xəstəliklərinin ilkin menecmentini öyrənəcək, ürək-damar və beyin-damar hadisələrində farmakoterapiyanın incəliklərinə varacaq, meqakod simulyasiyalar vasitəsilə pasiyentin/zərərçəkmişlərin menecmentində komanda işinə yiyələnəcəkdir.

İLK YARDIM

Təlimlərimiz

iştirak edənlər AHA-nın kəskin və xronik ürək-damar, beyin-damar və ağciyər xəstəliklərinin ilkin menecmentini öyrənəcək, ürək-damar və beyin-damar hadisələrində farmakoterapiyanın incəliklərinə varacaq

BLS Təməl Həyata Dəstək kursu

Kursun məqsədi xəstəxanaya qədər, yəni evdə, küçədə, ictimai yerlərdə, habelə xəstəxanada və ya tibbi müəssisəsində baş verən ürək dayanması, insult və tənəffüs çatışmazlığı hallarında ilk yardımın göstərilməsini, tənəffüs yollarının qorunması və keçiriciliyinin təmin edilməsini öyrətməkdir. 

BLS İlk Yardım Kursu

İlk tibbi yardım qanaxma, yanıqlar, tənəffüs çatışmazlığı, heyvan və ya həşərat dişləmələri, insult, bayılma və huşun itirilməsi zamanı zərərçəkmişə göstərilən ilk tibbi yardımı özündə ehtiva edir. BLS bacarıqları sayəsində Siz həyatın Sizə qarşı atdığı hər hansı bir təxirəsalınmaz vəziyyətə daha yaxşı hazır ola bilərsiniz.






ACLS Təkmil Kardiovaskulyar Dəstək Kursu

Amerika Ürək Assosiasiyasının Təkmil Kardiyovaskular Həyat Dəstəyi - ACLS təlimi kursu özündə BLS (Təməl həyata dəstək) bacarıqlarını və eləcədə komanda şəklində aparılan ilkin reanimasiya və intensiv terapiya tədbirlərini ehtiva edir.

PALS Pediatrik Təkmil Həyat Dəstəyi

Bu kurs həkimlər, tibb bacıları, həkim köməkçiləri, feldşerlər də daxil olmaqla tibb işçiləri üçün nəzərdə tutulmuşdur. Bu kursda tələbələr, pediatrik xəstələri qiymətləndirmək üçün sistemli bir yanaşma, PALS müalicə alqoritmləri və uşaq farmakologiyası, uşaq EKQ və disritmiya idarəçiliyi də daxil olmaqla uşaqlar üçün təsirli ürək və ağciyər reanimasiya üsullarını öyrənirlər.

Hamı üçün ilk yardım

İlk yardım həyatını xilas edir. Əsas ilk yardım həyat və ölüm arasındakı fərqi ifadə edə bilər. Tədqiqatlar göstərir ki, təcili tibbi yardım ambulansları gələnədək zərərçəkmişlərə göstərilən düzgün və keyfiyyətli ilk tibbi yardım, onlar arasında qeydə alınan bütün ölüm hallarının 59%-nin qarşısını almağa kömək edir.

Tibb işçiləri üçün ilk yardım

Fərdi tibb işçilərinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, xəstəxanalarda göstərilən tibbi yardımın keyfiyyəti və klinik nəticələrin yaxşılaşdırılmasına ciddi müsbət təsir göstərir. Bu kurslarda iştirak təcili və təxirəsalınmaz halların idarə olunması və komanda işinə dair bir xəstəxanadaxili mədəniyyətin formalaşdırılmasına əhəmiyyətli təsir göstərir. 

NRP Təlim Kursu

“Neonatal Reanimasiya Proqramı” Amerika Pediatriya Akademiyası və Amerika Ürək Assosiasiyası tərəfindən hazırlanmışdır və yenidoğulmuşlara qayğı göstərən tibb işçilərinin bilik və bacarıqlarının artırılması üçün nəzərdə tutulub.

Təkmil EKQ təlimi

Kurs zamanı işemiya, infarkt və digər hallarda EKQ dəyişikliklərinin təyini; Peysmeykerli/AİCD-li xəstələrdə EKQ-nin interpretasiyası və həmçinin pediatrik ve neonatal pasiyentlərdə EKQ-lərin interpretasiyası da geniş müzakirə ediləcəkdir. 

ALSO təlim kursu

Kursun məqsədi ölkənin şəhər və rayonlarının doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsini yüksəltmək və nəzəri, praktiki bacarıqlarını təkmilləşdirmək, fövqəlada hallar zamanı mamalıqda komanda əsasında işin daha səmərəli təşkilini həyata keçirməkdir.

Travmada Təxirəsalınmaz Tibbi Yardım/ITLS

ABŞ-ın İTLS kursu əsasında hazırlanmış bu kurs bütün tibb işçiləri, xüsusilə də, təcili tibbi yardım briqadalarının həkimləri, fövqəlada hallarda zərərçəkmişlərə yardım göstərən mütəxəssislər, hərbi həkimlər və digər tibb işçiləri, idman həkimləri, habelə reanimatoloqlar, terapevtlər, cərrahlar və orta tibb işçiləri üçün nəzərdə tutulub.

Xəstəxana və Klinikalar üçün kurslar

Bu səbəbdən də, xəstəxana və klinikaları əməkdaşlığa dəvət edirik. Həkimlər və orta tibb personalınız üçün ACLS, PALS və BLS kurslarını sifariş edin. Kursları Bakının mərkəzində yerləşən komfortlu müasir təlim mərkəzimizdə və ya Sizin xəstəxana və klinikanızda keçirilməsini sifariş edə bilərsiniz. 

AHA BLS Instruktor Kursu

Tibb və qeyri-tibb müəssisələrində digərlərinə təməl həyat dəstəyi üzrə kurs keçmək istəyən şəxslər Təməl Həyat Dəstəyi - AHA BLS İnstruktor Kursunu müvəffəqiyyətlə tamamlamalıdır. BLS İnstruktor Kursunda iştirakçılara kursun keçirilməsi qaydaları, ürək-ağciyər canlandırılması üzrə dərinləşdirilmiş bilik və bacarıqlar öyrədilir, inzibati və təşkilati məsələlər izah edilir, imtahan və qiymətləndirmənin aparılması təcrübəsi aşılanır. 

İLK YARDIM

Üstünlüklərimiz

  • İlk tibbi yardım bilik və bacarıqlara yiyələnmək
  • Zərər çəkmiş insana kömək etmək qabiliyyətinə malik olmaq
  • Beynəlxalq sertifikat (xaricdə etibarlıdır, ingilis dilində əldə etmək mümkündür)
  • Təlim zamanı müasir manekenlər, simulyatorlar və xüsusi avadanlıqlardan istifadə olunur. Vaxtın 65% -i praktik bacarıqları tətbiq etməkdir
  • Travmalarda, evdə, işdə, məktəbdə, tətildə və digər yerlərdə müxtəlif xəstəliklərə ilk tibbi yardım göstərmək

Sizə öyrədəcəyik:

Öz təhlükəsizliyinizi təmin etmək.

Zərərçəkənin vəziyyətini düzgün qiymətləndirmək.

Zərərçəkənləri təhlükə zonasından çıxarmaq

İlk tibbi yardımı göstərmək:
  • İnfarkt
  • Tənəffüs yollarının obstruksiyası
  • Şüur itkisi
  • Tənəffüs və ürək dayanması
  • Müxtəlif xəsarətlər
  • Digər fövqəladə hallar
İLK YARDIM

Tez-tez verilən suallar

Kursda iştirak etmənin şərtləri necədir ?

AHA təlimlərində  həm həkimlər, həm də tibb bacıları və eləcə də qeyri-tibb işçiləri iştirak edə bilər.

Təlim İctimai Səhiyyə Və İslahatlar Mərkəzində / World Business Center , 5-ci mərtəbədə keçirilir.

Təlim kursu bizim təlim mərkəzimizdə keçirilir. Təlimə yazılmaq üçün ilk növbədə tibbikurslar.com saytından qeydiyyatdan keçdikdən sonra , seçdiyiniz təlimə yazıla bilərsiniz.

Tibb bacıları iştirak edə bilərmi ?

Bəli, AHA təlimlərində  həm həkimlər, həm də tibb bacıları iştirak edə bilər.

Bəli BLS təlimində həkimlərdən başqa qeyri-tibb işçiləridə iştirak edə bilər.

Bəli təlimdə tələbələr / rezidentlər iştirak edə bilər.

Beynəlxalq ve yerli sertifikatın üstünlükləri ?

Beynəlxalq sertifikat Amerika Ürək Assosiasiyası tərəfindən verilir, xaricdə etibarlıdır.

İLK YARDIM

Bizimlə əlaqə

İlkin tibbi yardımla bağlı hər hansı bir sualınız varsa və ya bir sağlamlığınız varsa, kömək xəttimiz 103 və ya təcili əlaqə nömrəmizə müraciət edə bilərsiniz. Forma təqdim edərək də əlaqə saxlaya bilərsiniz.

TƏCİLİ YARDIM Qaynar xətti
+012 103
24x7 Təcili tibbi yardım:
  • Phone(+994)-12-480-38-75 / (+994)-50-243-86-71
  • Emailaha.aztrainingcenter@gmail.com

Daha çox məlumat üçün bu portallara nəzər yetirə bilərsiniz who.int & heart.org

Bizimlə əlaqə

Olduğunuz yerdə qalın və həkiminizi gözləyin: Hər hansı xoşagəlməz hala məruz qaldığınızı düşünürsünüzsə, məsələn yanıq, çıxıq, zəhərlənmə mütləq həkiminizə və ya ilk yardıma zəng edin!